Nə yazıq ki, erməni ideologiyasının mahiyyəti və formatı dəyişməz qalır
Digər xəbərlər

Nə yazıq ki, erməni ideologiyasının mahiyyəti və formatı dəyişməz qalır

Türkmənçay və Gülüstan müqavilələrindən sonra çar Rusiyası erməniləri tarixi Azərbaycan torpaqlarında yerləşdirdi. Yurd yerlərimizdə məskunlaşdıqdan sonra onlar yavaş-yavaş yerli əhalini sıxışdırmağa, bu torpaqlara sahiblənməyə başladılar, hətta ərazi iddiaları irəli sürdülər. Sən demə, "bu torpaqlar elə bunlara məxsus imiş"…

Tarixin müxtəlif dövrlərində türk düşmənçiliyi , "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün mənfur düşmən xəstə təfəkkürü ilə zaman-zaman ata-baba torpaqlarımıza sahib çıxmaq üçün fürsət güdmüşdür. Bu fürsəti 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə yaxalayan ermənilər azərbaycanlıları yüz illər boyu yaşadıqları ərazilərdən zorla qovub çıxarmış, deportasiya etmişlər.

1905-1907-ci illərdə ermənilər İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi yerlə-yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşlar. Daşnaksütyun partiyasının liderləri "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara İrəvan, Gəncə və Qarabağ mahallarında olan türk kəndlərini viran qoymaq, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləmək barədə göstərişlər vermişdi. "Türksüz Ermənistan"a nail olmaq üçün onlar xalqımıza qarşı ən qəddar vəhşiliklər həyata keçirmiş, min bir müsibətlər törətmişlər. Qərbi Azərbaycanda erməni təcavüzünə məruz qalmayan bir mahal, kənd, qəsəbə olmamışdır. Erməni müəllifi Zavaryan "Qarabağın iqtisadi vəziyyəti və 1905-1907-ci illərdə aclıq" adlı əsərində 1905-ci ildə azərbaycanlıların kütləvi qırğını zamanı 75 müsəlman kəndinin - Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43 kəndin yandırılıdığını, dağıdıldığını yazmışdır.

Azərbaycanın müstəqilliyini əldə etdiyi 1918-1920-ci illərdə Azərbaycan-Ermənistan arasında baş verən müharibə azərbaycanlıların kütləvi etnik təmizləmə, bunun fonunda mart qırğınları, Şuşa qətliamı və s. kimi etnik zorakılıqlarla xarakterizə olunur.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı müvafiq fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdır. Plana əsasən, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min, ümumilikdə 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Məqsəd isə yeganə idi - xaricdən gələn ermənilər bu torpaqlara yerləşdirilməli idilər. O illərdə azərbaycanlıların min illər boyu yaşadıqları ərazilərdən məcburi şəkildə köçürülməsi ilə paralel olaraq yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, rayonların birləşdirilməsi də həyata keçirilmişdir.

Bunun davamı olaraq Ermənistan 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başlamış və münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Ümumilikdə, Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə dönmüş, minlərlə insan hərbi əməliyyatlar dövründə həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür. Eyni zamanda, minlərlə insan tarixi yurd-yuvalarından kütləvi surətdə və zorakılıqla didərgin salınmış, saya-hesaba gəlməyən azərbaycanlı qətlə yetirilmişdir.

Erməni havadarları 1990-cı il yanvar ayının 20-də ordu hissələrini Bakıya göndərmiş, onların görünməmiş vəhşilikləri nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüş və yaralanmışdır. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Həmin il Ermənistan silahlı qüvvələri Şuşa şəhəri və Laçın rayonunu, 1993-cü ildə isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdi.

Tarixə nəzər saldıqda vaxtilə Azərbaycan torpaqlarında zor gücünə yerləşdirilmiş, xalqımıza məxsus ərazilərdə dövlət quran ermənilərin sonradan iddialarının daha da böyüdüyü, get-gedə azğınlaşdıqları əsaslı faktlarla, dəlillərlə təsdiq olunur. Müasir tariximizdə onların yüz illər boyu həyata keçirdikləri düşmənçilik siyasətinə son qoyulması üçün ümummilli lider Heydər Əliyev böyük səylər göstərmiş, 12 may 1994-cü il tarixində atəşkəsə nail olmuşdur. Lakin sözü ilə əməli heç bir zaman üst-üstə düşməyən ermənilər buna əməl etməmiş, müəyyən vaxtlarda atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açmışlar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə, bu istiqamətdə danışıqların davam etdirilməsi haqqında razılığa gəlməyə çağırmışdır. Lakin tarixin heç bir dönəmində erməni ideologiyası dəyişməmiş, onlar işğalçılıq, qan tökmək, özgə torpaqlarına yiyələnmək vərdişlərindən əl çəkə bilməmişlər.

Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlanmış, 44 gün ərzində ermənilərin 30 illik işğalına son qoyulmuşdur. Ermənilər son 100 ildə xalqımızın başına gətirdikləri müsibətlərin, qırğınların, soyqırımlarının layiqli cavabını 44 günlük müharibə zamanı aldılar.

Lakin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən də dərs almayan ermənilər yenə də öz çirkin əməllərindən əl çəkmir, ikiüzlü, riyakar siyasət yürüdərək regionda sülhün, əmin-amanlığın bərqərar olmasına imkan vermirlər. Çünki onun mayasında qan tökmək, ideologiyasında müharibə aparmaq, təxribat, terror rüşeymləri var. Nə yazıq ki, erməni ideologiyasının mahiyyəti və formatı dəyişməz qalır. Onun ziyalısı, şairi, yazıçısı da humanizmi deyil, işğalçılığı, yalanı, riyanı təbliğ edir. Erməni elə ermənidir, onlar tarixi saxtalaşdırmaq, başqalarına böhtan atmaq səriştələri, terror hadisələrində xüsusi bacarıqları ilə tanınan toplumdurlar.

İllərdir özlərini dünyaya "yazıq, məzlum, döyülən və əzilən" millət kimi təqdim edən ermənilər bu xislətlərindən əl çəkə bilmirlər. Gah Qarabağda yaşayan ermənilərin humanitar fəlakətə düçar qaldıqlarını deyib dad edir, gah da Qarabağda maskalı azərbaycanlıların Laçın yolundan keçən erməni uşaqların olduğu avtobusa daxil olduğunu və uşaqların bundan bərk qorxduğunu iddia edirlər. Bu qədər ağ yalan uydurmaq qabiliyyətinə malik olanların görəsən uşaqların güllə səsindən, mərmi düşməsindən, ata-anasının gözü qarşısında güllələnməsindən, min cür vəhşiliklə qətlə yetirilməsindən qorxduqlarından da xəbərləri varmı? Yoxsa bu, yalnız "məzlum" ermənilərin uşaqlarına aid olan hissdir? Əlbəttə, erməni uşaqlarının maskalı deyil, adi qaydada belə avtobusu yoxlayan xoş, gözəl çöhrəli azərbaycanlılardan qorxması başadüşüləndir. Axı "yazıq" erməni cocuq bu dünyaya gələr-gəlməz onun qulağı "türk sənin düşmənindir" deməklə dəng edilib. Belə olan halda ermənilərin bir yolu qalır: ya uşaqlarına "qorxu duası" yazdırsınlar, ya da ki...

 Təbiidir ki, hər bir xalq təşəkkül tapdığı vaxtdan inkişafa, tərəqqiyə doğru uzun və keşməkeşli yol gedir. Böyük sınaqlardan, qanlı-qadalı illərdən keçərək tərəqqi edir, mədəniyyətini, incəsənətini, milli-mədəni irsini formalaşdırır, özünəməxsus adət-ənənələrini yaradır. Zaman keçdikcə, dövr dəyişdikcə daha da təkmilləşir, özünün inkişaf mərhələsinə yüksəlir. Möhtəşəm bir tarixi geridə qoyan bəşər övladının bu gün nəyə qadir olduğu bəllidir, lakin tarixin hansı dövründə yarandığı, kimdən, nədən törəndiyi bəlli olmayan ermənilər yaranışdan bu günədək vəhşi, vandal, dağıdıcı, qaniçən olaraq qalmaqdadırlar.

Mehparə ƏLİYEVA,

"Respublika".