Neftçala: Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu
Region

Neftçala: Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu

Tibb İşçilərinin Peşə Bayramı Günü Neftçala rayonunda da qeyd olundu.
Tədbirdən öncə Neftçala şəhərinin  mərkəzində ucaldılan ulu öndərin əzəmətli heykəli önünə tər gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olundu.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Neftçala RMX Publik hüquqi şəxsin, Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərləri və həkim heyəti iştirak etdi.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və səhiyyə işçilərinin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibb xidmətinin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondunun da rolu danılmazdır.
Tədbirdə çıxış edən Neftçala RMX PŞ direktoru, həkim heyəti göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Neftçala RİH başçısı Neftçala RMX PŞ-ə gətirilən yeni Təcili Tibbi Yardım avtomobilləri ilə də tanış oldu.
 Tədbirin sonunda iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli işlərinə görə bir qrup tibb işçisi rayon icra  hakimiyyəti tərəfindən Fəxri fərmanlarla təltif olunublar.

Ərəstun ABDULOV,
“Respublika”.