Neftçala: Xatirə   kompleksi,  qürur   və ehtiram ünvanı  
Region

Neftçala: Xatirə   kompleksi,  qürur   və ehtiram ünvanı  

Azərbaycan  Respublikasının  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  rəşadətli  Azərbaycan  Ordusu  böyük  şücaət  və  yüksək  döyüş  hazırlığı  göstərərək  27  sentyabr  2020-ci  il  tarixdən  başlayaraq  44  gün  müddətində  torpaqlarımızı  işğaldan,  düşmən  tapdağından  azad  etdi.  Vətən  müharibəsində  tarix  yazan  qəhrəman  Ordumuz,  əsgər  və  zabitlərimiz  Azərbaycanın  haqq  uğrunda  müharibə  aparmaq  əzmini,  əsl  döyüş  ruhunu  bütün  dünyaya  nümayiş  etdirdi.  Neftçala  rayonunda   Vətən  müharibəsindəki  qələbəmizdə  şanlı  tarix  yazan  şəhidlərimizdən  Məmmədov   Şahlar  Şahin  oğlunun  xatirə  kompleksinin açılışı oldu.
Açılışda  Neftçala  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Mirhəsən  Seyidov,  RİH  məsul  şəxsləri,  hüquq- mühafizə  orqanlarının,  idarə,  müəssisə,  təşkilatların  rəhbərləri,  din xadimləri,  şəhid ailələri, qazilər  və  məktəblilər  iştirak edirdi. Azərbaycan   Respublikasının  dövlət  himni  səsləndirildikdən  sonra,   Azərbaycan  Respublikasının  ərazi   bütövlüyünün,  müstəqilliyinin,  konstitusiya   quruluşunun  müdafiəsi  zamanı şəhid  olan hərbi  qulluqçuların  ruhu  bir dəqiqəlik  sükutla  yad  olundu. Tədbirdə  çıxış  edən   şəhid  Şahlar  Məmmədovun  ailə  üzvləri   və   döyüş   yoldaşları   şəhidimizin  həyat   yolundan,  döyüş  şücaətindən   danışdılar.
Şəhidin  ailə  üzvləri  şəhid ailələrinə  göstərilən  diqqət  və  qayğıdan razılığını ifadə  edərək Azərbaycan   Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevə  və   Birinci vitse-prezident  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.
Çıxış  edən  Neftçala  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Mirhəsən  Seyidov  Prezident,  Ali  Baş Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  ötən  ilin  sentyabrın  27-də  başlanan  və  44  gündə  qələbə  ilə başa çatan  Vətən  müharibəsinin  tarixi  əhəmiyyətindən  danışaraq,  şəhidlərimizin  qanının  yerdə qalmadığını  diqqətə  çatdırdı.  Rayon  rəhbəri  qeyd  etdi  ki,  şəhid  ailələri  və  qazilərin  sosial müdafiəsinin  gücləndirilməsi,  onların problemlərinin  vaxtında  həlli  hər  zaman  Prezident  İlham  Əliyev  tərəfindən  diqqətdə  saxlanılır.  Neftçala  rayonunda   da  şəhid  ailələrinə,   qazilərə   diqqət  və   qayğı   göstərilməsi   günün  tələblərinə  uyğun  yüksək   səviyyədə   təşkil   olunub.
27  sentyabr  Anım  Günü  ilə  əlaqədar  olaraq  təşkil  olunan  yürüş  zamanı  44  günlük  Vətən müharibəsində   şəhid  olan  hərbçi  və  sivil  vətəndaşların  fotolarından  ibarət  plakatlar  Azərbaycan Respublikasının  Prezidenti  İlham  Əliyevin  tapşırığına  uyğun  olaraq  yürüşdən  sonra  şəhid  fotoları  ilə olan  plakatlar  xatirə  olaraq  şəhidlərimizin  ailələrinə  təqdim olunub. Təşkil  olunan  tədbirdə yürüşə  çıxarılan  fotoplakat  və  Ali Baş  Komandan  İlham  Əliyevin  əmri  ilə  işğalçı  düşmənə  qarşı  bir yumruq  altında  birləşən  Azərbaycan  xalqının  simvolik  rəmzi  olan  “Dəmir  Yumruq”  xatirə  hədiyyəsi şəhid  Şahlar  Məmmədovun  ailəsinə  təqdim olundu.
Tədbir  məktəb  şagirdlərinin  hazırladıqları  kompozisiyalar   ilə  davam  etdirildi.

Ərəstun ABDULOV,

“Respublika”.