Nərimanov rayonunda söküntü işləri zamanı xəsarət alan dörd işçi tibbi yardım göstərildikdən sonra evə buraxılıb
Digər xəbərlər

Nərimanov rayonunda söküntü işləri zamanı xəsarət alan dörd işçi tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən olunub.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alan şəxslər ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır. Hadisə yerinə baxış keçirilib və həmin şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC