Nəsillərə örnək oğullar
Region

Nəsillərə örnək oğullar

Kürdəmir rayonunun Köhünlü və Sovla kəndlərində istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində öz qanı ilə tarix yazan igid oğulların adı hörmət və ehtiramla çəkilir. Orta məktəblərdə şəhadət zirvəsinə yüksəlmiş Teymur, Şamil, Oruc və Kamilin keçdikləri döyüş yolu barədə ətraflı danışılır, onların həyatı nəsillərə örnək, nümunə kimi göstərilir.

Bu günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Köhünlü və  Sovla  kəndlərində  Birinci Qarabağ müharibəsi şəhidləri Teymur Cəfərovun, Şamil Gülməmmədovun, Kamil Gülməmmədovun və  Vətən müharibəsi şəhidi Oruc Soltanovun məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdi. Daha sonra icra başçısı şəhid ailələri ilə görüşüb, onların  problemləri ilə maraqlandı,  şəhidlərimizə  Allahdan  rəhmət,  ailələrinə səbir dilədi. O, Vətənimizin ərazi  bütövlüyü  uğrunda  canlarından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini vurğulayıb, belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü vurğuladı.

Şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

                                   Tofiq HÜSEYN,

                                  “Respublika”.