Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Biz buraya Qarabağ regionunun tarixini öyrənmək üçün gəlmişik.
Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən niderlandlı səyyah Boris Kester Şuşada AZƏRTAC-a müsahibəsində bildirib.
Qarabağda dağıdılmış binaları, eyni zamanda, aparılan tikinti işlərini gördüyünü deyən səyahətçi qeyd edib: "Şuşa çox maraqlı şəhərdir. İnanıram ki, Şuşanın tarixini daha dərindən öyrənəcəyəm".
AZƏRTAC