Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və Qəyyumlar Şurasının üzvlərindən
Məktublar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və Qəyyumlar Şurasının üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramının – Müstəqillik Gününün 105-ci ildönümünün qeyd olunması münasibətilə Azərbaycan xalqının sevincini bölüşürük. Biz, həmçinin işğal altındakı torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kimi böyük nailiyyətlərinizi qeyd edirik. Bu tarixi Qələbə ilə bərabər Zati-alinizi və Azərbaycanın Birinci vitse-prezidentini yaşadığımız dünyanın üzləşdiyi çətinliklərə baxmayaraq, ötən 30 il ərzində bir çox sahələrdə əldə etdiyiniz böyük inkişaf münasibətilə təbrik edirik.

Cənab Prezident, fürsətdən istifadə edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin etimadınızla Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi işini birlikdə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq.

Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Kolinda Qrabar-Kitaroviç

2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti

Tzipi Livni

2006-2009-cu illərdə İsrail Dövlətinin xarici işlər naziri

Boris Tadiç

2004-2012-ci illərdə Serbiya Respublikasının Prezidenti

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,

1991-2001-ci illərdə Misirin xarici işlər naziri

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiya Respublikasının Prezidenti

İv Leterme

2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri