Novi Pazar şəhərinin meri: Ölkələrimiz və şəhərlərimiz arasında böyük potensial var
MÜSAHİBƏLƏR

Novi Pazar şəhərinin meri: Ölkələrimiz və şəhərlərimiz arasında böyük potensial var

Azərbaycanın Şuşa Serbiyanın Novi Pazar şəhərləri arasındakı əlaqələr ölkələrimizin münasibətlərinə inkişafına töhfə verəcək. Azərbaycan Serbiya arasında yaxşı strateji əməkdaşlıq mövcuddur. Bu gün Şuşa ilə Novi Pazar şəhərləri arasında imzalanan qardaşlaşma haqqında sənəd həmin strateji tərəfdaşlığımızın nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikriləri jurnalistlərə açıqlamasında Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç söyləyib.

Nihad Bişevaç deyib ki, ölkələrimiz şəhərlərimiz arasında potensial böyükdür. Belə ki, biz turizm, iqtisadiyyat, mədəniyyət digər sahələrdə əməkdaşlıq edə bilərik.

"Qarabağda həyata keçirilən bərpa quruculuq işləri bizi həqiqətən heyran etdi. Mən bu regionun Şuşanın inkişafında sizə uğurlar arzulayıram. Əlbəttə ki, sizin Serbiyanın Novi Pazar şəhərində bir tərəfdaşınız qardaş şəhəriniz olacaq", - deyə mer qeyd edib.