Noyabrın 14-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Noyabrın 14-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Noyabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 915 min 808, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 163, ikinci mərhələ üzrə 4 milyon 872 min 443, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 791, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 411-dir.

AZƏRTAC