Nümayəndəmiz Dünya Fizioterapiya Konqresində iştirak edib
Səhiyyə

Nümayəndəmiz Dünya Fizioterapiya Konqresində iştirak edib

5 iyun TƏBİB-dən verilən məlumatda bildirilir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri Pərvin Əkbərov Dubayda keçirilən Dünya Fizioterapiya Konqresinə qatılıb. 2-4 iyun tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən konqresə dünyanın 131 ölkəsindən ekspertlər, mütəxəssislər qatılaraq fizioterapiya sahəsində yenilikləri, ideyaları bir-biriləri ilə bölüşərək, fikir mübadiləsi aparıb, elmi tədqiqatları barədə məruzələr ediblər.

Dünya Fizioterapiya Konqresinə qatılan Pərvin Əkbərov fizioterapiya sahəsində müasir yanaşma və həllərin tətbiqi, tibb sahəsində dünyanın qabaqcıl ölkələrində təhsil alan və çalışan mütəxəssislərin bilik və bacarıqlarının təqdimatı baxımından konqresin işini yüksək qiymətləndirib, Azərbaycanda son illər fizioterapiya sahəsində əldə olunan mühüm irəliləyişlər barədə məlumat verib.

“Respublika”.