Oktyabrın 12-də Azərbaycanda COVID-19 əleyhinə 704 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 12-də Azərbaycanda COVID-19 əleyhinə 704 doza vaksin vurulub

Oktyabrın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 704 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 167, üç və daha çox doza vaksinlərin sayı 236, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 43-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 899 min 677, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 386 min 18, ikinci mərhələ üzrə 4 milyon 869 min 236, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 382 min 157, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 266-dır.

AZƏRTAC