Oktyabrın 17-də Azərbaycanda COVID-19 əleyhinə 4 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 17-də Azərbaycanda COVID-19 əleyhinə 4 doza vaksin vurulub

Oktyabrın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza vaksin vurulmayıb, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 902 min 793, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 156, ikinci mərhələ üzrə 4 milyon 869 min 885, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 276, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 476-dır.

AZƏRTAC