Oktyabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 608 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 608 doza vaksin vurulub

Oktyabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 608 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 265, ikinci doza vaksinlərin sayı 85, üç və daha çox doza vaksinlərin sayı 217, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 41-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 905 min 828, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 125, ikinci mərhələ üzrə 4 milyon 870 min 495, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 384 min 553, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 655-dir.

AZƏRTAC