Oktyabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 725 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 725 doza vaksin vurulub

Oktyabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 725 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 128, üç və daha çox doza vaksinlərin sayı 298, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 41-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 906 min 553, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 383, ikinci mərhələ üzrə 4 milyon 870 min 623, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 384 min 851, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 696-dır.

AZƏRTAC