Oktyabrın 25-də Azərbaycanda COVID-19 əleyhinə 834 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 25-də Azərbaycanda COVID-19 əleyhinə 834 doza vaksin vurulub

Oktyabrın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 834 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 390, ikinci doza vaksinlərin sayı 114, üç və daha çox doza vaksinlərin sayı 275, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 55-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 907 min 933, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 998, ikinci mərhələ üzrə 4 milyon 870 min 831, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 313, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 791-dir.

AZƏRTAC