Oliver Varhelyi: Biz Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazırıq
MÜSAHİBƏLƏR

Oliver Varhelyi: Biz Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazırıq

Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Biz Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi məsələlərində hər cür dəstək verməyə hazırıq. Uzunmüddətli sülh kiçik addımlardan başlayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.

Komissar qeyd edib ki, Cənubi Qafqaz ölkələrində iqtisadiyyatın inkişafı üçün sülhün bərqərar olması mütləqdir. Buna görə də Aİ region iqtisadiyyatının dirçəlməsinə yönələn İqtisadiyyat və Sərmayələr Planın əhəmiyyətini yüksək qiymətləndirir.

AZƏRTAC