Ölkədə COVID-19 infeksiyasına yoluxma faktı ən çox  Bakıda qeydə alınıb
Səhiyyə

Ölkədə COVID-19 infeksiyasına yoluxma faktı ən çox  Bakıda qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

AZƏRTAC xəbər verir ki, ölkədə virusa yoluxanların 49,9 faizi Bakıda qeydə alınıb.

Yoluxma göstəricisi Abşeronda 13,7 faiz, Aran rayonlarında 13,6 faiz, Gəncə-Qazaxda 8,1 faiz, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Qarabağda 1,7 faiz, Naxçıvan Muxtar Respublikasında isə 0,6 faizdir.

Məlumata əsasən, ölkə xaricindən gələnlərdə qeydə alınan yoluxma halı 0,4 faiz təşkil edir. Bakıda koronavirus infeksiyasına ən çox yoluxma faktı isə Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,5 faizi həmin rayonun payına düşür. Bakıda COVID-19 infeksiyasının ən geniş yayıldığı digər ərazilər Xətai (13,5 faiz), Sabunçu (11,8 faiz), Yasamal (7 faiz), Suraxanı (8,5 faiz) Nərimanov (7,8 faiz) Nəsimi (7,6 faiz), Xəzər (7,6 faiz), Nizami (7,1 faiz), Səbail (4,9 faiz), Qaradağ (4,4 faiz) və Pirallahı (0.5 faiz) rayonlarıdır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Azərbaycanda COVID-19 əleyhinə  vurulan peyvənd dozalarının ümumi sayı 11 milyona yaxındır

Dekabrın 13-də Azərbaycanda 8 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 2 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 894 min 80, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 120 min 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 617 min 228 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 156 min 277 nəfər təşkil edir.

 

Azərbaycanda COVID-19 infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir.

AZƏRTAC "koronavirus.info"ya istinadən xəbər verir ki, COVID-19-a yoluxanların 22 faizi 30-39 yaşlı vətəndaşlardır.

Məlumata əsasən, infeksiya ilə yoluxmaların 3 faizi 0-9 yaş, 8 faizi 10-19 yaş, 15 faizi 20-29 yaş, 22 faizi 30-39 yaş, 15 faizi 40-49 yaş, 16 faizi 50-59 yaş, 14 faizi 60-69 yaş, 5 faizi 70-79 yaş aralığında, 2 faizi isə yaşı 80-dən yuxarı olanlardır. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 518 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 518 yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 510, bu günə qədər isə ümumilikdə 5 milyon 683 min 256 test icra olunub.

AZƏRTAC