Ölkəmizə gələnlərin sayı 2,1 dəfə artıb
İQTİSADİYYAT

Ölkəmizə gələnlərin sayı 2,1 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 177 ölkəsindən 1458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 27,7 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,4 faizi Səudiyyə Ərəbistanı, 5,0 faizi Gürcüstan, 1,8 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla İsrail və Özbəkistan, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1361,8 min nəfər olmuşdur.

"Respublika".