Ölkəmizin artan nüfuzu bəzi qüvvələrdə qıcıq yaradır
Siyasət

Ölkəmizin artan nüfuzu bəzi qüvvələrdə qıcıq yaradır

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu onun etibarlı tərəfdaş olmasını təsdiqləyir. Məlumdur ki, torpaqlarımız yerüstü, həm yeraltı təbii sərvətlərlə zəngindir. İnkişaf etməkdə olan texniki imkanlar, yaşıl enerji ilə bağlı atılmış addımlar, bir çox qonşu ölkələrə ötürülən neft-qaz resursları s. ölkəmizin gündən-günə artan inkişafının aydın nümunəsidir. Buna görə qonşu dövlətlər arasında rəqabətdə Azərbaycanın önə çıxması bəzi ölkələrdə qıcıq yaradır. Bu siyahıda ən başda riyakar, xain Hayastan gəlir.

Dünya ictimaiyyətinə məlum olan bu qısqanclıq son 30 ildə özünün ən pik formasını ortaya qoydu. XX əsrdə ermənilərin torpaqlarımıza köçürülərək sığınmalarına baxmayaraq, qısqanclıqları da artdı. İllərlə törətdikləri vəhşiliklər, vandallıqlar minnətdarlıqdan uzaq olan bu ölkənin bütün əməllərini ortaya qoydu. 30 il boyunca həm yerüstü, həm yeraltı sərvətlərə malik olan doğma Qarabağı çapıb-talayıblar. Bu da onu deməyə əsas verir ki, onlar bu torpaqlarda gedəri olduqlarını bildikləri üçün, necə deyərlər, "görməmişcəsinə at oynadıblar". Bir çox ölkələrin Ermənistana dəstək verməsi elə həmin dövlətlərin Azərbaycana duyduqları qısqanclıqdan irəli gəlir. Prezident İlham Əliyevin uğurlu strateji siyasəti bu kin-küdurətin qarşısını layiqincə alır.

Azərbaycanın son illərdə imzaladığı beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edən sənədlər, memorandumlar bəyannamələr dünyanın gündəmində yer alır. Ölkəmiz ötən ilin iyulunda Avropa İttifaqı ilə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu da imzalayıb. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, artıq Azərbaycanın timsalında daha etibarlı etimad doğuran tərəfdaşlara üz tuturlar. Ümumilikdə, Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsində həlledici rol oynayır.

Təsadüfi deyil ki, ən çox qısqanclıq sərgiləyən ölkələr Hayastan onun havadarlarıdır. Son illərdə bunu aşkar şəkildə büruzə verən isə cənub qonşumuz İrandır. Ekspertlər bildirir ki, istər cümhuriyyət dövründə, istərsə indi İran hakimiyyətində ölkəmizə qarşı həmişə qısqanclıq olub hələ var. Çünki ölkəmiz Güney Azərbaycan türklərinə nümunə ola biləcək bir dövlətdir. Bunun nümunəsini isə 44 günlük mühəribə zamanı açıq şəkildə gördük. Ermənistana gizli yollarla etdiyi yardımları, atılan addımları saman altından bloklamağa çalışması isə nəhayət ki, gün üzünə çıxdı. Qısqanclıq nümunələri saysız-hesabsızdır, Azərbaycan Prezidenti onun xalqı da bunu çox gözəl bilir. Çıxışı zamanı Prezident İlham Əliyev bunu təsdiqləmişdi: "Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanofobiya hökm sürür bizə ünvanlanmış bütün ittihamların təməlində məhz Azərbaycanofobiyadır". Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzinin ikili standartlarla yanaşmasının əsasında da qısqanclıq dayanır. Bu hərəkətlər Azərbaycanın bir daha beynəlxalq arenada güclü, etibarlı, qüdrətli ölkə olduğunu göstərir.

Töhfə SƏMƏDOVA,

"Respublika".