Ombudsman Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin xatirəsini yad edib
Sosial həyat

Ombudsman Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin xatirəsini yad edib

Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyul ayında Tovuzda törətdiyi təxribatın qarşısını alarkən general-mayor Polad Həşimovun polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmalarından bir il ötür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Milli Qəhrəmanları şəhid general-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Vətən Müharibəsi qaziləri ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı general-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyevin cəbhə yoldaşları onların keçdikləri şərəfli döyüş yolundan onlarla bağlı xatirələrindən danışıblar.

Ombudsman S.Əliyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində şəhidlərimizin əziz xatirələrinin heç bir zaman unudulmayacağını, hər bir azərbaycanlının qəlbində daim yaşayacağını fəxarət hissi ilə anılacaqlarını bildirib.

Daha sonra Ombudsman Sumqayıt şəhərində general-mayor Polad Həşimovun büstünün, habelə şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə adının verilmiş olduğu küçədə barelyefinin açılış mərasimində olub. Tədbir zamanı S.Əliyeva  general-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolunun göstərdiyi igidliyin bundan sonra gənclərimizə örnək olacağını qeyd edib.

Zümrüd ABDULLAYEVA,

Respublika”.