Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib
Digər xəbərlər

Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünyaca məhşur fotojurnalist Reza Deqati (Reza Deghati), tanınmış litvalı hərbi jurnalist Riçards Lapaitis, çəkiliş qrupunun üzvləri Arunas Sartanaviçius Mantas Bartaseviçius, həmçinin Jurnalistika Birliyinin üzvü Günar Əliyev ilə görüş keçirib.

Görüş zamanı Ombudsman Birinci Qarabağ müharibəsi zamanı müharibədən sonrakı dövrdə azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin, ölkəmizə qarşı təcavüz mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasında jurnalistlərin, xüsusilə hərbi jurnalistlər daxil olmaqla kütləvi media vasitələrinin xüsusi rolunu vurğulayıb. Təhdid hədə-qorxulara baxmayaraq, daim haqq tərəfində duraraq, bitərəf mövqe sərgiləyən, müharibə dəhşətlərini lentə alaraq beynəlxalq səviyyədə tanıdılmasının cəsarət qorxmazlıq tələb etdiyini bildirən Səbinə Əliyeva jurnalist peşəsinin məsuliyyətli, həm şərəfli olduğunu bildirib.

İkinci Qarabağ müharibəsi zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərin tarixi ədalətin bərqərar olmasının simvoluna çevrildiyi, müharibədə uduzan Ermənistanın mülki əhalini hədəfə alaraq, yaşayış binalarını digər mülki sosial infrastrukturu qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində mülki əhali arasında itkilərin bir hərb cinayəti olduğunu qonaqların diqqətinə çatdırılıb.

Reza Deqati Birinci Qarabag müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanladığı  foto video çəkilişlər haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman İnstitutu ilə əməkdaşlığın məqsədəmüvafiq olduğunu bildirib.

Riçards Lapaitis həm Birinci Qarabağ müharibəsi zamanı xatirələrindən, həm müharibə şahidlərinin cəlb edildiyi layihələr haqqında məlumat verib.

Günar Əliyev azərbaycanlılara qarşı törədilən hərbi cinayətlər haqqında məlumatların kütləvi informasiya vasitələri ilə dünyaya çatdırılmasının, xalqımızın haqq mövqeyi barədə məlumatların işıqlandırılmasının vacibliyi barədə fikirlərini paylaşıb.

Görüşün sonunda Ombudsman Səbinə Əliyeva müstəqil araşdırmalar aparan jurnalist, o cümlədən hərbi jurnalistlərlə, fotomüxbirlərlə birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Yekunda qonaqlara Fəxri fərmanlar təqdim edilib.

Mətbuat xidməti.