Ömrünü xalqına həsr edən görkəmli alim
Sosial həyat

Ömrünü xalqına həsr edən görkəmli alim

Cavad Heyətin atası Mirzə Əli məşrutə inqilabının fərmanını Nəcəfdən Təbrizə, oradan da Tehrana aparan heyətə rəhbərlik etmiş, buna görə ailənin soyadı "Heyət" adlandırılmışdır. Mirzə Əli Heyət Qacar şahzadələrinin müəllimi, eyni zamanda onların etimad göstərdiyi şəxslərdən olmuşdur. Lakin Pəhləvi hakimiyyəti dövründə Heyət nəslinə münasibət bir qədər dəyişmişdir. Cavad Heyətin atası Məşrutə inqilabının iştirakçısı olmaqla yanaşı, həm İran ədliyyəsinin qurucularından idi. O, Şərqin Nəcəf, Qahirə İstanbul kimi elm təhsil mərkəzlərində təhsil almış, 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilmiş, ədliyyə naziri vəzifəsində çalışmışdır. Əli Heyət hələ I Dünya müharibəsi illərində (1918) osmanlılarla birlikdə "İttihadi-islam" adlı cəmiyyət qurmuş, İran tərəfindən cəmiyyətin rəhbəri kimi fəaliyyət göstərmişdir. Qeyd edək ki, bu cəmiyyət 1919-cu ildə naxçıvanlıları ermənilərin şiddətli basqınlarından xilas etməyə nail olmuşdur.

Mirzə Əli Heyətin 9 övladından biri olan Cavad Heyət 1946- ildə İstanbulda əmək fəaliyyətinə başlamış, 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmışdır. Sonralar ixtisasını təkmilləşdirmək məqsədilə Paris Universitetinin cərrahlıq kafedrasında işə başlamışdır. 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnən Cavad Heyət İrana qayıtmış, 1953- ildən etibarən isə Tehranda Hidayət Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları təsis etmişdir. İranda eksperimental cərrahiyyənin təməli məhz Cavad Heyət tərəfindən qoyulmuşdur. Onun istedadlı cərrah kimi şöhrət qazanmasında 1954- ildən etibarən ürək üzərində apardığı əməliyyatların da müstəsna rolu olmuşdur. Belə ki, Cavad Heyət 1954- ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu uğurundan sonra o, həmçinin İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda isə ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla aparmışdır. Bu nailiyyətlərinə görə Cavad Heyət "Birinci Dərəcəli Əmək Ordeni" ilə təltif olunmuşdur.

 C.Heyət, həm təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi tanınır. Tibb sahəsində müəllifi olduğu kitablar mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Cavad Heyət müxtəlif beynəlxalq elmi konfranslarda dərinməzmunlu məruzələrlə çıxış etmiş, alimin 100-dən çox məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür.

Cavad Heyət bütün həyat fəaliyyətini əsasən cərrahiyyə sahəsində araşdırmalara həsr etmiş, İranda nəzəri eksperimental cərrahiyyənin əsasını qoymuşdur. Alim, həmçinin elmi-nəzəri əməli uğurlarına görə 1983- ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilmiş, Tehranda 8 ildən artıq Azad İslam Universitetinin cərrahiyyə kafedrasının rəhbəri vəzifəsində çalışmışdır. Cərrahlıqla bağlı fars dilində üçcildlik dərslik kitabının da müəllifi məhz Cavad Heyətdir.

Tibb sahəsindəki uğurları ilə nüfuz qazanan Cavad Heyət, həmçinin dostu doktor Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.

Onun zəngin çoxşaxəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor eləcə islamşünaslığa dair tədqiqatların özünəməxsus yeri var. Müəllifi olduğu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika fəlsəfə tarixinin ən müxtəlif məsələləri öz əksini tapmışdır. Alim bununla yanaşı, mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsi ilə bağlı ədəbi simpoziumlarda türkoloji konfranslarda tarixi həqiqətlərə əsaslanaraq çıxış etmiş, çıxışları həmişə yüksək qiymətləndirilmişdir. İranda baş verən inqilab sonrası Cavad Heyət doktor Həmid Nitqi Azərbaycan türkcəsinin elmi tarixi ilə məşğul olmuşlar. Cavad Heyət fars dilində çap etdirdiyi "Türk dilinin tarixi ləhcələri" əsərini məhz İran dilçilik elminin hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq qələmə almışdır. Bundan başqa, Cavad Heyət filologiya türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" s. kitabların da müəllifidir.

Alim İranla Türkiyə arasında dostluq mədəni əlaqələrin inkişafında da müstəsna xidmətlər göstərmiş, atası Mirzə Əli Heyət qardaşı Firuz Heyət ilə birlikdə 1956- ildə İran-Türkiyə Dostluq Kültür Cəmiyyətini yaratmışdır.

"Varlıq" jurnalının Cavad Heyətin həyatında mühüm rolu olmuşdur. İlk dəfə 1979-cu ildə İranda dərc edilən jurnal Azərbaycan fars dillərində nəşr olunurdu. Jurnal 1979-cu il inqilabından sonra vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsi verildiyi zaman təsis olunmuşdur. Jurnalın işıq üzü görməsində Cavad Heyətin rolu əvəzsizdir. O, bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirmişdir. Jurnaldakı yazıların 80 faizi Azərbaycan dilində, 20 faizi isə fars dilində çap olunurdu. Jurnalda, həmçinin Qarabağ problemi ilə bağlı məqalələr yer almışdır. Cavad Heyət "Varlıq" jurnalında dərc olunan məqalələrində bütöv Azərbaycan xalqının milli şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunmuşdur. Onun jurnalda 20 Yanvar faciəsi ilə bağlı yazdıqları xüsusi əhəmiyyət kəsb edir. Yazıda deyilir: "Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət məntiq ilə cavab vermək yerinə güllə tankla cavab verildi". Bundan başqa, Cavad Heyət 1993- ildə Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ məktub yazmış ondan yardım istəmişdir. Məktubda deyilir: "Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram bu anda Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəmMəmləkətimizin başına gətirilən bu faciə böyük bir millət ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən açılmışdırSilahsız, ordusuz əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın kişilərini, qoca uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə müsəlmanlığa, nəhayət insanlığa yaraşarmı?..".

Cavad Heyət, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüşdür. Cavad Heyət, eyni zamanda Türk Dil Qurumunun fəxri sədri, eləcə İstanbul Universitetinin fəxri doktoru idi. O, 2014- il avqustun 12- Bakı şəhərində dünyasını dəyişmiş İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".