Ordumuzun Ağdam istiqamətində mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb
Gündəm

Ordumuzun Ağdam istiqamətində mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb

Sentyabrın 18-də saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.