Orduxan Qəhrəmanzadə: Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Şuşada təsis olunması tarixi hadisədir
MÜSAHİBƏLƏR

Orduxan Qəhrəmanzadə: Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Şuşada təsis olunması tarixi hadisədir

Mədəniyyət paytaxtımız Şuşa şəhəri Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə böyük bir tarixi hadisəyə şahidlik etdi. Ötən ilin oktyabrında təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Şuşa şəhərində "Şuşa akkordu" adlanan sənədlərin qəbulu nəticəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatına çevrildi.

AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının hazırkı sədri Orduxan Qəhrəmanzadə deyib. O.Qəhrəmanzadə bildirib ki, iyulun 25-də işə başlayan Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Qoşulmama Hərəkatına üzv 60-dan çox dövlətin gənc nümayəndələri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi istiqamətində qərarı müzakirə etdilər. Sevindirici haldır ki, mədəniyyət paytaxtımız olan Şuşada bu qərar qəbul olundu və BMT-dən sonra belə böyük, geniş təsisatın 60 ildən sonra Gənclər Təşkilatı təsis edildi.

"Bu Qoşulmama Hərəkatı, o cümlədən Azərbaycan üçün çox böyük tarixi hadisədir. Bu münasibətlə xalqımızı, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin gənclərini, dünya gəncliyini təbrik edirəm", - deyə o əlavə edib.

AZƏRTAC