Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 187 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 187 doza vaksin vurulub

Martın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 187 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 81, ikinci doza vaksinlərin sayı 37, üç və daha çox doza vaksinlərin sayı 61, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 8-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 52, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 920, ikinci mərhələ üzrə 4 milyon 879 min 396, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 992, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 744-dür.                          

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 516 nəfər müalicə olunaraq sağalıb, 10 min 142 nəfər vəfat edib. Aktiv xəstə sayı 212 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, indiyə qədər isə ümumilikdə 7 milyon 538 min 679 test icra olunub.