Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 188 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 188 doza vaksin vurulub

Mayın 23- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 188 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 42, ikinci doza vaksinlərin sayı 116, üç daha çox doza vaksinlərin sayı 28, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 177, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 296, ikinci mərhələ üzrə 4 milyon 883 min 346, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 328, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 207-dir.                                                       

Mayın 23- Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 831 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 403 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 72 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1274, indiyə qədər isə ümumilikdə 7 milyon 613 min 693 test icra olunub.