Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 328 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 328 doza vaksin vurulub

Yanvarın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 328 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 42, üç və daha çox doza vaksinlərin sayı 120, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 530, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 951, ikinci mərhələ üzrə 4 milyon 876 min 839, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 560, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 180-dir.                                               

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 541 nəfər müalicə olunaraq sağalıb, 10 min 80 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 413, indiyə qədər isə ümumilikdə 7 milyon 481 min 325 test icra olunub.