Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 74 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 74 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 74 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 115 nəfər müalicə olunaraq sağalıb, 10 min 175 nəfər vəfat edib. Aktiv xəstə sayı 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1721, indiyə qədər isə ümumilikdə 7 milyon 555 min 412 test icra olunub.          

 

Martın 28- Azərbaycanda COVID-19 əleyhinə 595 vaksin vurulub

Martın 28- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 595 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 331, ikinci doza vaksinlərin sayı 107, üç daha çox doza vaksinlərin sayı 130, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 953 min 632, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 985, ikinci mərhələ üzrə 4 milyon 879 min 901, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 845, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 901-dir.