Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 730 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 386 nəfər müalicə olunaraq sağalıb, 10 min 129 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 614, indiyə qədər isə ümumilikdə 7 milyon 532 min 959 test icra olunub.