Ötən il aqrar sektorun   bütün sahələri   dinamik   inkişaf  edib
İQTİSADİYYAT

Ötən il aqrar sektorun   bütün sahələri   dinamik   inkişaf  edib

Ölkədə 5,5 milyard  manatlıq   dəyərində   heyvandarlıq   məhsulları   istehsal  olunub

Bütün ölkələrdə mal-qara, quşlar, balıqlar, bütövlükdə   isə  heyvandarlıq  məhsulları  insanların   ərzaq  təminatında müstəsna  əhəmiyyət   kəsb  edir. Azərbaycanda  da  heyvandarlıq  sahəsi   aqrar  sektorun mühüm qoludur və  onun  inkişafı   həmişə  dövlətin   diqqət  mərkəzindədir.

Son 18 ildə  isə    aqrar  siyasət   Prezident  İlham  Əliyevin  rəhbərliyi, diqqət   və  qayğısı  sayəsində   uğurla  inkişaf  etdirilir. Bu  ilin  əvvəlinə  respublikamızda   2  milyon 628,6  min   baş  iribuynuzlu, 7  milyon 772,1  min   baş  xırdabuynuzlu  heyvan   var. Ötən  il  hər  inək  və  camışdan  orta   hesabla  1731   kiloqram  süd  sağılmışdır   ki, bu  da ondan  əvvəlki   ilin   göstəricisindən  22  kiloqram  artıqdır. İribuynuzlu   mal  -qaranın   49  faizini   ana  inək  və  camışlar  təşkil   edir .

2022-ci ildə diri çəkidə  ət istehsalı əvvəlki  ilə   nisbətən 3 faiz   artaraq   628  min  ton, süd   istehsalı  1,9  faiz   artaraq 2   milyon  264 ,7   min   ton, yumurta   istehsalı   9,8   faiz  artaraq  2  milyard  18 ,1  milyon   ədəd   təşkil   etmişdir.

Beləliklə, kənd   təsərrüfatı   məhsullarının faktiki   qiymətlərlə   dəyəri  11  milyard  manata   yaxın  olmuşdur   ki, bunun  da 5 milyard   446,2  milyon   manatını  heyvandarlıq   məhsulları    təşkil   edir.

Nəriman  CAVADOV,

“Respublika”.