Özbəkistan nümayəndə heyəti ilə görüş
Sosial həyat

Özbəkistan nümayəndə heyəti ilə görüş

Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində nümayəndə heyəti ilə görüş olub.  Bu barədə 6 iyund Agentliyindən məlumat verilir.

Qonaqlar 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlar üçün DOST konsepsiyasına, Nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar edilib.

Özbəkistan nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Özbəkistan arasında qədim tarixə malik əlaqələrin olduğunu, Azərbaycan və Özbəkistan dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf edərək genişləndiyini, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Ötən dövrdə imzalan əməkdaşlıq sənədlərinin əlaqələrin inkişafında mühüm önəmi qeyd edilib. İki ölkə arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın sosial sahəni də əhatə etdiyi bildirilib.

M.Olloyerov iki ölkənin ikitərəfli əlaqələrinin daim genişlənməkdə olduğunu və sosial əməkdaşlığın inkişaf etdirilməsinin, sosial islahatlar prosesində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb.

“Respublika”.