Özbəkistanın Azərbaycandakı səfiri ölkəmizdə media islahatlarının gedişi barədə məlumatlandırılıb
Digər xəbərlər

Özbəkistanın Azərbaycandakı səfiri ölkəmizdə media islahatlarının gedişi barədə məlumatlandırılıb

Fevralın 8-də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov MEDİA Agentliyində olub.

MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin icraçı direktoru Əhməd İsmayılov qonaqlara qurumun fəaliyyəti və ölkəmizdə media islahatlarının gedişi barədə məlumat verib.

Həmçinin Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə Medianın İnkişafı Agentliyi arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC