Parkda yenidənqurma işləri davam edir
Region

Parkda yenidənqurma işləri davam edir

Ötən illərdə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkı Şirvan şəhər sakinlərinin sevimli guşələrindən olmuşdur. Təəssüf ki, son illərdə baxımsızlıq üzündən park sökülüb-dağıdılmış, yararsız hala düşmüşdür. Şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə parkda genişmiqyaslı yenidənqurma illərinə başlanılmışdır. Təmir-tikinti işləri sürətlə davam etdirilir. Parkın mərkəzi hissəsindən keçən kanal yenidən qurulmuş, kanalın üzərində iki körpü salınmışdır. Bura yeni texniki su xətti çəkilmişdir.  Yeni qurğular vasitəsilə kanala gedən su təmizlənəcəkdir. Parkın orta hissəsindəki gölün yamaclarına dekorativ çay daşları düzülmüşdür. Hazırda attraksionlarda, iaşə obyektlərində aqlayla üzləmə işləri davam etdirilməkdədir. Zəfər xiyabanında “Zəfər” abidə-kompleksinin inşasında müasirlik elementlərinə üstünlük verilir. “Qarabağ”,  “Zəfər” xiyabanlarında, “Ada”,  “Meşə” zolaqlarında işıqlandırma, su xətlərinin çəkilişi işləri başa çatmaq üzrədir. İndi parkda sakinlərin rahat gəzintisi üçün hər cür şərait var. Səkilər, gəzinti guşələri abad, geniş və işıqlıdır.

Mədəniyyət və İstirahət parkı yenidənqurmadan sonra Şirvana gələn qonaqlar və şəhər sakinləri üçün ən gözəl hədiyyə olacaq.

Tofiq HÜSEYN,

“Respublika”.