Paytaxtda koronavirus əleyhinə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Səhiyyə

Paytaxtda koronavirus əleyhinə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-də səhər saatlarından etibarən şəhərin mərkəzindəki və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaları xahiş olunur. 

AZƏRTAC