Paytaxtın Nizami rayonunda “Bizim həyət
Sosial həyat

Paytaxtın Nizami rayonunda “Bizim həyət" layihəsi çərçivəsində yeni həyət istifadəyə verildi

Mayın 23- Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 84B 84V ünvanlarında 600 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları pişik evləri quraşdırılıb.

Sakinlərin istək maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad blokları tam təmir olunub, asfalt dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar, 4500 kol əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 2000 ədəd daşsarmaşığı digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı "yaşıl səddlər" (green barriers) yaradılıb.

Həyətin sakini, Əməkdar müəllim Gülzar Kələntərli həyətin abadlaşmadan öncə baxımsız vəziyyətdə olduğunu deyib. "İndi isə həyətimizdə istirahətimiz, vaxtımızı səmərəli keçirməyimiz üçün hər cür şərait yaradılıb. Buna görə həyətimizin bütün sakinləri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevaya minnətdarlığımı bildirirəm", - deyə G.Kələntərli qeyd edib.

Həyətin digər sakini Sima Yusifova baxımsız bir həyətin əsl cənnət guşəsinə çevrildiyini deyib: "Bu gün sevincimizin həddi hüdudu yoxdur. Məhəlləmizin cənnət guşəsinə çevirdiklərinə görə əməyi keçən hər kəsə təşəkkür edirəm".

"Bizim həyət" layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.