Pekində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub
Digər xəbərlər

Pekində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub

Aprelin 17- Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50- yaxın xarici diplomatik korpus rəhbərləri iştirak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, sovet dövründə müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına xaricə səfərlərini, o cümlədən 1994- ildə Çin Xalq Respublikasına səfərini əks etdirən fotoşəkillər məlumatlar nümayiş olunur. Bu, Heydər Əliyev Fondunun xaricdə Ümummilli Liderinin 100 illiyinə həsr olunan mədəni tədbirlərinin ilkidir.

Sərginin açılış mərasimində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin Azərbaycan arasında dostluğun tarixinin qədim İpək Yolu dövrünə gedib çıxdığını qeyd edərək, bu dostluq sayəsində əsrlərdir xalqlarımızın bir-birindən öyrəndiyini deyib. Azərbaycanın gözəl zəngin torpağının zəhmətkeş istedadlı nəsillər yetişdirdiyini bildirən Lin Sontien görkəmli dövlət xadimi Heydər Əliyevin böyük nüfuz sahibi olduğunu deyib. O, Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda Heydər Əliyevin tarixi məsuliyyəti öz üzərinə götürərək, uzaqgörən siyasi böyük cəsarəti ilə Azərbaycanın tarixində yeni səhifə açmağa nail olduğunu bildirib. Qeyd edib ki, siyasi sabitliyin təmin olunduğu Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, əhalinin rifahı yaxşılaşmağa başladı.

Lin Sontien Ümummilli Lider Heydər Əliyevin Çinin yaxın dostu olduğunu, Prezident vəzifəsində Çinə uğurlu səfər edərək, iki ölkə arasında münasibətlərin inkişafına tarixi töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, Çin xalqı köhnə yaxşı dostlarını heç vaxt unutmur. Məhz bunun nəticəsidir ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Heydər Əliyevin anadan olmasının 90- ildönümündə görkəmli dövlət xadiminə həsr olunan kitabın Çin dilində nəşrinin təqdimatını təşkil edib. O, dahi insanların xatırlanması istiqamətində onların irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə toxunan Lin Sontien qarşılıqlı siyasi etimadın getdikcə möhkəmləndiyini, birgə səylər sayəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdiyini diqqətə çatdırıb, Azərbaycanın Çinin dövlət başçıları İlham Əliyevin Si Cinpinin strateji rəhbərliyi ilə son illər əlaqələrimizdə böyük sıçrayışın müşahidə olunduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov görkəmli dövlət xadimi Heydər Əliyevin Ümummilli Lider kimi Azərbaycanı çətin vəziyyətdən çıxararaq, inkişaf yoluna yönəltdiyini, Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu deyib.

Heydər Əliyev Fondunun "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə xaricdə bir sıra mədəni tədbirlər keçirəcəyini diqqətə çatdıran A.Ələkbərov bu çərçivədə ilk tədbirin Çində keçirilməsini iki xalq arasında dostluğun bariz nümunəsi olduğunu deyib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını vurğulayan A.Ələkbərov dahi siyasətçinin 1994- ildə Çinə səfərinin müasir dövrdə iki ölkə arasında münasibətlərin başlanğıcı kimi qiymətləndirildiyini deyib. O, Çinin böyük dostu kimi Heydər Əliyevin Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük diqqət yetirdiyini, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

A.Ələkbərov iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən münasibətlərdən söz açıb, bu əlaqələrin dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu vurğulayıb. O, Çin ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı hörmət etimadı sayəsində ölkələrimiz arasında fəal siyasi dialoqun mövcud olduğunu deyib.

Mərasim ziyafət Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.