Petre Roman: Azad edilmiş ərazilərin bərpası üzrə planların tam reallaşdırılacağına əminəm
MÜSAHİBƏLƏR

Petre Roman: Azad edilmiş ərazilərin bərpası üzrə planların tam reallaşdırılacağına əminəm

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpası üzrə planlarının tam reallaşdırılacağına əminəm.

AZƏRTAC xəbər verir ki, bunu Rumıniyanın sabiq Baş naziri Petre Roman "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın uğurlu Qələbəsi ilə nəticələnməsinə diqqət çəkən sabiq Baş nazir diqqətə çatdırıb: "Azərbaycan həmişə düzgün və ədalətli yolla gedib. Ölkəniz BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq çərçivəsində mübarizə aparıb".

AZƏRTAC