Polad Bülbüloğlu: Şuşada belə festivalların keçirilməsi bizi çox sevindirir
MÜSAHİBƏLƏR

Polad Bülbüloğlu: Şuşada belə festivalların keçirilməsi bizi çox sevindirir

Bu gün Şuşada gözəl festival keçirilir. Bu il Şuşada həm də Beynəlxalq "Xarıbülbül" festivalı təşkil olunacaq. Şuşada belə festivalların keçirilməsi bizi çox sevindirir. Biz artıq burada - mədəniyyət paytaxtımız Şuşadayıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Diplomat bildirib ki, Azərbaycanda gastronomik turizm üçün böyük imkanlar var. O qeyd edib ki, məhz bu cür festivallar Azərbaycanın tanıdılması üçün böyük imkan yaradır.

"Azərbaycanın mətbəxi çox zəngindir, çox gözəldir. Kulinarlarımız bir-birindən dadlı yeməklərlə ölkəmizi bu festivalda təmsil edirlər. Tədbir çox gözəl təşkil olunub. İstərdik ki, bu cür festivallar Şuşada hər il keçirilsin", - deyə Polad Bülbüloğlu bildirib.

AZƏRTAC