Polşalı səyyah Daniel Zaqrodski: Qarabağda qısa zaman ərzində çox böyük işlər görülüb
MÜSAHİBƏLƏR

Polşalı səyyah Daniel Zaqrodski: Qarabağda qısa zaman ərzində çox böyük işlər görülüb

Səfər zamanı biz Qarabağda yenidənqurma işlərinin şahidi olduq. Qısa zaman ərzində burada çox böyük işlər görülüb. Bu ərazilərdə aparılan bərpa işləri ürəkaçandır. Bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra bura yaşamaq üçün daha yaxşı məkana çevriləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində işğaldan azad edilmiş ərazilərə səfəri zamanı polşalı səyyah Daniel Zaqrodski söyləyib.

Qarabağa ilk dəfə səfər etdiyini bildirən səyyah deyib ki, ərazilərin bu qədər dağıdıldığını görmək onu çox kədərləndirib.

AZƏRTAC