Prezident İlham Əliyev Kişineuda
Siyasət

Prezident İlham Əliyev Kişineuda "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısının açılış mərasimində iştirak edib

İyunun 1- Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət hökumət başçılarını qarşıladı.

Toplantı iştirakçıları birgə foto çəkdirdilər.

***

Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50- yaxın ölkədən dövlət hökumət başçıları iştirak edirlər.

Sammitdə liderlər sülh təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, həm Avropa İttifaqı daxilində, həm ondan kənarda kiçik böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir misilsiz platforma olan "Avropa siyasi birliyi"nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini rifahını gücləndirməkdir.

"Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir.

Xatırladaq ki, "Avropa siyasi birliyi"nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

AZƏRTAC