Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən Pakistana yardım göstəriləcək
SİYASƏT

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən Pakistana yardım göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

AZƏRTAC