Prezidentin tapşırığına uyğun olaraq, DSX Türkiyəyə növbəti yardım göndərib
Digər xəbərlər

Prezidentin tapşırığına uyğun olaraq, DSX Türkiyəyə növbəti yardım göndərib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Bu barədə verilən məlumatda bildirilir ki, DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan növbəti humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli "Sərhədçi" suyu (5 litrlik qablaşdırmalarda) daxildir.

Eyni zamanda, zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə 25 nəfərlik xüsusi hərbi qış çadırı, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, qış termal alt paltarı, uzunboğaz çəkmə (botinka), bel kəməri, su qabı (qumquma), odun sobası (bütün ləvazimatları ilə), dərman (1 nəfər üçün ilkin tibbi yardım), quru ərzaq payı, konservləşdirilmiş qidalar göndərilib.

Mustafa KAMAL,

“Respublika”.