Prokurorluq: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşının minaya düşməsi ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Prokurorluq: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşının minaya düşməsi ilə bağlı araşdırma aparılır

Fevralın 18-də Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Tərtər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC