Prokurorluq əməkdaşları Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
Sosial həyat

Prokurorluq əməkdaşları Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib

Aprelin 30-da prokurorluq əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, ekoloji mühitin və yaşıllıqların mühafizəsi ilə əlaqədar paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində təşkil olunan aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqəti cəlb etməkdir.

Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi yaxından dəstək göstərib.

Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

AZƏRTAC