Prokurorluq:  Ərinin səhhətində həkim səhvi nəticəsində fəsadların yaranması ilə bağlı vətəndaşın şikayəti əsasında araşdırma aparılır
Digər xəbərlər

Prokurorluq:  Ərinin səhhətində həkim səhvi nəticəsində fəsadların yaranması ilə bağlı vətəndaşın şikayəti əsasında araşdırma aparılır

Vətəndaş Günel Gözəlovanın ərinin səhhətində həkim səhvi nəticəsində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyənləşdirmək məqsədilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədilə xidməti yoxlamanın aparılması üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub.

Hazırda araşdırmalar davam etdirilir.

AZƏRTAC