“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin üçüncü hissəsinin iyirmi ikinci – iyirmi beşinci abzasları müvafiq olaraq iyirmi üçüncü – iyirmi altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda iyirmi ikinci abzas əlavə edilsin:

“prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir;”.

2. 35-ci maddənin üçüncü hissəsinə “geyim” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.

3. 41-ci maddə üzrə:

3.1. adında “, xidməti vəsiqəsi və” sözləri “və prokurorluq işçilərinin xüsusi” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü hissədə “, xüsusi geyim formasının və xidməti vəsiqələrinin” sözləri “və prokurorluq işçilərinin xüsusi geyim formasının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 aprel 2023-cü il