“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
Hüquqi aktlar

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2022-ci il 5 noyabr tarixli Qanunu

ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər:

1.1.1. prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;

1.1.2. xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə;

1.1.3. prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

Prokurorluq işçiləri “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.