Prokurorluq: Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib
Digər xəbərlər

Prokurorluq: Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib

Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonunda "Fəvvarələr meydanı" adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması dekabrın 30-da rədd edilib.

AZƏRTAC