Qalaqayın kəndində anım mərasimi
Region

Qalaqayın kəndində anım mərasimi

Sabirabad rayonunda şəhidlərimizin doğum günü münasibətilə təşkil olunan mərasimlər davam edir. Növbəti qəhrəman rayonun Qalaqayın kəndindən olan Vətən müharibəsi şəhidi Süleyman Qarayev idi. Süleymanın doğum günü ilə əlaqədar   böyüyüb boya-başa çatdığı Sabirabad rayonunun Qalaqayın kəndində anım mərasimi keçirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasimin aparıcısı Nicat Əliyev şəhid Süleyman Qarayev haqqında məlumat verdi.  

Sabirabad Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev Sabirabad rayonundan döyüşlərə yollanıb torpaqlarımız uğrunda öz canını fəda edən Vətən müharibəsi şəhidləri haqqında ətraflı söhbət açdı.  Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İşin Təşkili Şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad Rayon Şöbəsinin sədri Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, şəhidin dostu Salman Məlikov, Sabirabad Şəhər Ərazi Nümayəndəsinin müavini Nizami Ağayev, rayon ağsaqqalları adından Hacı Qəşəm Pənahov, ilahiyyatçı İbad Əliyev çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad etdilər. Sabirabad rayonunun Qruzma kənd orta məktəbinin şagirdi, şəhid Həsən Həsənovun bacısı qızı Qıztamam Həsənova şəhidlərimizə ithaf etdiyi şeiri söylədi.  Məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndi. Şəhidin atası Hacı Əlibağış Qarayev mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

Mərasim iştirakçıları şəhid Süleyman Qarayevin məzarını ziyarət edib,  ruhuna dualar oxudular.

Tofiq HÜSEYN,

  “Respublika”.