Qanunsuz ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb
Digər xəbərlər

Qanunsuz ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalar zamanı Bakı şəhərinin Suraxanı rayonunun Gəncə şəhəri, həmçinin Ağdam, Qax, Zərdab rayonları ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 112 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 92 min manatdan çox ziyan vurulmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.